Yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.
Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat açıqlama yayıb.
"Hazırda "28 May" və " Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib".
xxx
18:29
Bakı metrosunda nasazlıq yaranıb. Sərnişinlər düşürülüb.
Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat açıqlama yayıb.
"Yaşıl xətt" üzrə "Əhmədli"-"Dərnəgül" marşrutu ilə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb. Hazırda qatar xətdə olarkən ona baxış keçirilir. Əlavə məlumat veriləcək", - o bildirib.
Xəbər yenilənəcək