Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsi çərçivəsində “Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.
Qaziler.az bu barədə Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqına istinadla xəbər verir.
Tədbir BMT-nin Azərbaycan Təşkilatı ilə birgə təşkil olunub. Konfrans 3 dekabr beynəlxalq əlilliyi olan şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”ində baş tutub.
Tədbiri giriş sözü ilə Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ açaraq qonaqları salamlayıb, günün əhəmiyyətini, mövzunu və onun aktuallığını, Azərbaycanın BMT strukturları ilə, o cümlədən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya” Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib.
Qeyd olunub ki, 11 - 24 noyabr tarixində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29 - cu Tərəflər Konfransı (COP29) uğurla həyata keçirilib və bu zaman iklüzivliyə, əlilliyi olan şəxslərin və onların təşkilatlarının iştirakçılığına geniş şərait yaradılıb.
Çıxış edənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov, BMT Azərbaycanın Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, BMT-Azərbaycanın əməkdaşı Cəmilə Məmmədli, Ekalagiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Aygün Nərimanova, şəxsi inkişaf mütəxəsisi Murad Məmmədov gündəlikdə duran mövzu ətrafında çıxış ediblər.
ƏSA Teatrı “İnsanı bağışlamaq olarmı?” səhnə tamaşası ilə tədbir iştirakçılarını iqlim dəyişmələrində insanların təbiətə münasibəti barədə bədii formada məlumatlandırıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov, BMT Azərbaycanın Rezident Əlaqələndiricisi Vladanka Andreyeva bağlanış nitqləri ilə tədbirə yekun vurublar.