Azərbaycanda xəstəxanada həkim döyüldü

Azərbaycanda xəstəxanada  həkim döyüldü backend

Şirvan Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Dəmir Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Ceyhun Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1000 manat məbləğində cərimə növündə cəza təyin edilib.

İttihama görə, hadisə 22 aprel 2024-cü il tarixdə, saat 13:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.

Belə ki, Dəmir Səfərov həmin xəstəxanada Yoluxucu xəstəliklər şöbəsində həkim işləyən zərərçəkmiş Mahir Fərəcovun (şərti) ünvanına ucadan nalayiq ifadələr işlədib. Sonra o, baş, yumruq və təpiklə Mahir Fərəcovun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub. Nəticədə Dəmir ona qapalı kəllə beyin travması, sol gicgahda hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq edib.

Hadisədən sonra Dəmir Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Diaspora