"Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?

"Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq? backend

Bu gündən metronun "Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı Metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib. Bəs, görəsən, metronun "Həzi Aslanov" stansiyasında başlanan təmir və yenidənqurma işləri nə zaman yekunlaşacaq?

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, təmir dalan hissəsindən başlayacaq.

"Təkcə dalan hissəsinin təmir işləri 1 il yarım, 2 il vaxt alacaq. Ümumilikdə metronun "Həzi Aslanov" stansiyasında təmir və yenidənqurma işlərinin nə zaman bitməsi ilə bağlı nəsə demək mümkün deyil. Stansiyanın özündə təhlillər aparılaraq, ekspertiza keçirilib, müvafiq rəylər alındıqdan sonra aparılan müayinələrdə söküntü prosesi başlayanda əskiklərin nə qədər olduğuna baxılır və qiymətləndirmə tərtib olunur. Məhz bundan sonra işlərin təxminən nə vaxt yekunlaşması barədə nəsə demək olar", - mətbuat katibi deyib.

Xatırladaq ki, "Həzi Aslanov"da aparılacaq təmir işləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır. Bu gündən həmin avtobuslar səhər saat 6-dan gecəyarısınadək sərnişinlərə xidmət göstərməyə başlayıb.

Diaspora