TƏBİB-in icraçı direktoru: PostCOP dönəmində yaşıl xəstəxana yaradılması üçün qərarlar qəbul edilməsi labüddür

TƏBİB-in icraçı direktoru: PostCOP dönəmində yaşıl xəstəxana yaradılması üçün qərarlar qəbul edilməsi labüddür backend

PostCOP dönəmi üçün mərhələli şəkildə yaşıl xəstəxana, tibbi tullantı mövzusu və enerjidən düzgün istifadə edilməsi istiqamətində səmərəli qərarlar qəbul edilməsi labüddür.

QAZÍLER.AZ "Report"-a istinaden verdiyi məlumata görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov birliyin tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən növbəti müşavirəsində deyib.

V.Qurbanov bildirib ki, COP29 çərçivəsində iqlim dəyişmələrinin insan sağlamlığına təsiri və səhiyyə sahəsinin bu təsirlərlə mübarizəyə davamlılığı ilə bağlı mühüm qərarlar qəbul edilib:

"Qəbul edilən “Vahid Sağlamlıq” konsepsiyasını aidiyyəti qurumların iştirakı ilə respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün vacib addım kimi dəyərləndirirəm. Ümumilikdə ölkəmizin öhdəlikləri, prioritet hesab edilən qərarlar tibb sahəsi üçün də keçərlidir".

 

Diaspora