Bakıda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq

Bakıda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq backend

“Baklıda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri noyabrın sonunda rəsmiləşəcək. Nəticələr rəsmiləşəndən sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları yeni sistemlə hesablanacaq”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, nəticələr artıq məktəblərə göndərilib.

Onun sözlərinə görə, bu ilin noyabr və dekabr aylarında 3 şəhərdə, 9 rayonda keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin əmək haqları isə gələn ilin yanvar ayından artırılacaq.