Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Oxu.Az-ın məlumatına görə, tədbirlərlə 1996-ci il təvəllüdlü, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.