Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “12-ci illik Beynəlxalq 2024 Globee® Liderlik Müsabiqəsi”ndə uğur qazanıb.
Bu barədə Qaziler.az-a nazirlikdən bildirilib.
DƏMX-in təqdim etdiyi müsabiqə işi münsiflər heyəti tərəfindən yüksək qiymət alıb və Xidmət “Gümüş Globee® Qalibi” mükafatına layiq görülüb.
https://globeeawards.com/leadership/winners/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Almaniya, İsveç, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Bolqarıstan, Rusiya, Vyetnam, Hindistan və digər ölkələrin 1700-dən çox layihəsi iştirak edib.
