Türkiyənin 11 vilayətində FETÖ əməliyyatı: 22 nəfər tutuldu

Türkiyənin 11 vilayətində FETÖ əməliyyatı: 22 nəfər tutuldu backend

FETÖ-nün "Türkiyə Silahlı Qüvvələri" adlanan strukturuna qarşı mərkəzi İzmirdə olan 11 vilayətdə keçirilən əməliyyatda 22 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu sözügedən terror təşkilatının Türkiyə Silahlı Qüvvələrinin qondarma strukturuna daxil olduğunu müəyyən edilən, təşkilatın dövlət çevrilişinə cəhdindən sonra hərbi xidmətdə olan və ya əlaqələri kəsilən əsgərlər də daxil olmaqla 25 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Qərara uyğun olaraq, İstanbul, Ankara, Qaziantep, Hatay, Kütahya, Əskişəhər, Kocaeli, Artvin, Gümüşhane və Çanaqqala, eləcə də İzmirdə bəzi ünvanlarda jandarm və polis əməkdaşları eyni vaxtda əməliyyat keçirib.

Əməliyyat zamanı şübhəlilərdən 22-si tutulub, şübhəlilərin polis və jandarmada əməliyyatları davam edir.

QAZİLER.AZ

Diaspora