Ölkə üzrə körpələr evi - uşaq bağçalarının sayı azdır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
Naqif Həmzəyev Gəncədə 44 körpələr evi - uşaq bağçası, 45 tam orta məktəb fəaliyyət göstərdiyini nəzərə çatdırıb, daha 1 məktəb və uşaq bağçasının tikilməsini xahiş edib. Deputatın təklifləri sırasında məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də yemək verilməsi, bunun pilot layihə olaraq Gəncədən başlanması da yer alıb
Naqif Həmzəyev Gəncə şəhərində Balabağban, Böyükbağban və Totanlı adlanan ərazilərdə su anbarlarının və filtirlərinin yenilənməsini də vacib sayıb.