Əlil Təşkilatları İttifaqının COP29-da panel müzakirəsi keçirilib - FOTO

Əlil Təşkilatları İttifaqının COP29-da panel müzakirəsi keçirilib - FOTO backend

Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsi çərçivəsində “COP tədbirlərində əlillik ilə bağlı problemlərin daxil edilməsi və əlilliyi olan şəxslərin, onların təşkilatlarının COP tədbirlərində daha geniş şəkildə iştirakının təşviqi üçün beynəlxalq təşəbbüslər” adlı panel müzakirə təşkil edib. Panel müzakirə COP29-da yaşıl zonada Azərbaycan Milli QHT forumunun pavilyonunda keçirilib.

Bu barədə Qaziler.az-a Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının Məlumat Mərkəzindən məlumat verilib.

Tədbirdə milli dövlət qurumları, QHT, KİV nümayəndələri ilə bərabər beynəlxalq və xarici ölkələrdən 15 nümayəndə iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli açaraq gündəlikdə duran məsələ barədə məlumat verib.

Milli Məclisin və COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva mövcud problemlərin həllində qanunvericiliyin təkmilləşdirilməsi, əlilliyi oln şəxslərin hüquqlarının təmin olunması istiqamətində görülən və görüləcək işlər barədə fikirlərini bildirib. Bundan sonra milli və beynəlxalq təşkilatların nümayəndələri çıxışlarında iqlim dəyişikliklərinin törətdiyi fəsadların əlilliyə və əlilliyi olan şəxslərə təsiri, riskli vəziyyətlərdə xilasetmə, mövcud problelərin həlli yolları, əldə olunmuş təcrübə barədə müzakirələr aparılıb.

Tədbirdə iqlim ədalətinin təmin edilməsi üçün iqlim dəyişmələrinin törətdiyi problemlərlə bütün dövlətlərin, o cümlədən əlilliyi olan şəxslərin təşkilatlarının birgə mübarizə aparmasının vacibliyi virğulanıb.

Diaspora