Fəaliyyətinin səmərəli təşkili üçün Azərbaycan Milli Elmlər Akademiyasının ( AMEA-nın) Mərkəzi Elmi Kitabxanasının tabeliyində olan “Akademkitab” şöbəsii ləğv edilib və onun bazasında AMEA-nın elmi müəssisələrinin və digər qurumlarının nəşr etdirdikləri elmi, elmi-kütləvi və sair nəşrlərin təbliği, satışı və yayımı məqsədi ilə sahibkarlıq subyekti olan kommersiya qurumu yaradılıb.
AMEA-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rəyasət Heyətinin nəzdində “Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib və Cəmiyyətin Nizamnaməsi təsdiq edilib. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə isə filologiya üzrə elmlər doktoru Əliağa Cəfərov təyin edilib.AMEA-nın nəzdində yeni cəmiyyət təsis edilib

