Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır

Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır backend

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

Trend xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək.

Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.

Diaspora