"COP29 yüksək səviyyədə davam edir. Hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkil etdiyi "Sülhün, Torpağın və Ekosistemlərin Minatəmizləmə və Kənd Təsərrüfatı Vasitəsilə Bərpası" mövzusunda panel müzakirəsindəyik".
Bunu Qaziler.az-a jurnalist Rey Kərimoğlu bildirib.
"Neçə gündür buradayam, COP29 çox yüksək səviyyədə davam edir. İkinci gündür ki, müzakirələrdə iştirak edirəm. Bu gün "Sülhün, torpağın və ekosistemlərin minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə bərpası" mövzusunda panel müzakirəsi” mövzusunda konfransdır. Gündəlikdə duran məsələlərlə bağlı geniş müzakirələr gedir. Konfransın təşkilatçısı Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Tədbir Azərbaycan Milli QHT Forumu pavilyonunda, Yaşıl Zonada keçirilir.
Tədbiri giriş sözü ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev açıb. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Hökumətlərarası Dəstək və Koordinasiya Ofisi, İqtisadi və Sosial Məsələlər Departamenti, QHT şöbəsinin rəhbəri Wook-Jin Chang, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və Zərərçəkənlərlə iş şöbəsinin müdiri RamilAzizov, “Sülhün Kökləri” təşkilatının təsisçisi və direktoru Heidi Kuhn, Mina aksiyası üzrə beynəlxalq ekspert Emil Həsənov, Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafıTəşkilatının (IKED) sədri Thomas Andersson, Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi çıxış ediblər", - Rey Kərimoğlu qeyd edib.
QAZİLER.AZ