Xəbər verdiyimiz kimi, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Bakıda səfərdədir.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilən sessiyası çərçivəsində Türkiyə standının açılışında iştirak ediblər.