Prezident Zaqataladadır

Prezident Zaqataladadır backend

Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gedib. QAZİLER.AZ-ın AzərTAc-a isitinadən xəbərinə görə, dövlət başçısı Zaqatala şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verib. İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib.