İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən S.Nəbiyeva və E. Məmmədova tutulublar.
QAZÍLER.AZ Lent.az-a istinaden xəbər verir ki, onların barəsində başlanılmış cinayət işləri üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin hökmünə əsasən S.Nəbiyeva və E. Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.