Cəbrayıl şəhərində əmək yarmarkası keçirilib - FOTO

Cəbrayıl şəhərində əmək yarmarkası keçirilib - FOTO backend

Yarmarkada 5 müəssisədən 125 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl şəhərində əmək yarmarkası təşkil edib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 5 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 125 vakansiya təqdim olunub.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri işəgötürənlərlə görüşüb, təqdim edilən vakansiyalarla maraqlanıblar. 

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

İştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə məlumatlar da verilib, həmçinin özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb. 

Diaspora