Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “yaşıl həllər”i dəstəkləyən fəaliyyət və təşəbbüsləri barədə təqdim etdiyi məlumatlar ABŞ-nin “Communitas” beynəlxalq təşkilatının “Communitas Awards” beynəlxalq müsabiqəsində yüksək qiymətləndirilib.
Bu barədə Qaziler.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə istinadla xəbər verir.
Xidmət müsabiqədə “Yaşıl Təşəbbüsdə Mükəmməllik” nominasiyası üzrə ali mükafata layiq görülüb. https://enter.amcpros.com/communitas/entry/bgdc/
“Communitas” mükafatları cəmiyyətlərin maddi və sosial rifahı naminə səy və resurslarını səfərbər edərək, bu sahədə səmərəli təşəbbüslər həyata keçirən təşkilatlardan ən uğurlu təcrübələri ilə seçilənlərə təqdim edilir.
Bununla da Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin ötən dövründə 10 beynəlxalq mükafatla təltif edilib.