Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) kollegiyasının tərkibi dəyişib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 nəfər müəyyənləşdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın sədri olub.
Kollegiyanın üzvləri sırasında Dövlət Komitəsi sədrinin birinci müavini, DQİDK sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru, qurumun Aparat rəhbəri, Aparatının rəhbərinin müavini, Aparatın Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri, Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru, Komitənin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru yer alıb.