Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xəbər verir.
Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Xətai rayonunun Corad və Ş.Səmədov küçələrinin, eləcə də H.Aslanov qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.