Xankəndidə təşkil olunan tikişçilik kurslarından bir hissəsi artıq yekunlaşıb

Xankəndidə təşkil olunan tikişçilik kurslarından bir hissəsi artıq yekunlaşıb backend

Kursları  başa vuran 163 keçmiş məcburi köçkünə peşə sertifikatları təqdim edilib.

Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi tikişçilik sahəsi üzrə peşə hazırlığı kurslarından artıq bir hissəsi başa çatıb.

Kurslara işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavim cəlb edilib. Onlardan kursları başa vuran 163 şəxsə peşə sertifikatları təqdim olunub, digər müdavimlər üçün kurslar davam edir.

Kursları bitirənlər Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin ediləcəklər.

 

Diaspora