Xantı-Mansi Muxtar Dairəsində baş verən yanğında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb
Xantı-Mansiysk Muxtar Dairəsində (XMAO) Pribrejnı-3 SOT-da bağ evində baş verən yanğında ikisi uşaq olmaqla dörd nəfər ölüb. Daha bir nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 4-də Surqut şəhərinin administrasiyası məlumat yayıb.
“Yanğının söndürülməsi zamanı evdə dörd ölü tapılıb: iki böyük və iki uşaq. Daha bir nəfər yaralanıb, o, xəstəxanaya yerləşdirilib, ona lazımi tibbi yardım göstərilir”, – administrasiyanın Telegram kanalında dərc edilən məlumatında deyilir.
Qeyd olunur ki, zərurət yaranarsa, zərərçəkmiş şəxsə müvəqqəti mənzil verilməsinə köməklik göstəriləcək. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Telegram-da bir yaşlı oğlan, üç yaşlı qız, 27 yaşlı qadın və 56 yaşlı kişinin öldüyünə aydınlıq gətirib.
Yanğının söndürülməsində 7 texnika və 31 mütəxəssis iştirak edib.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
QAZİLER.AZ