Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini olan 2 nəfərə qarşı dələduzluq edən 31 yaşlı Emin Babazadə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Apa-ya verilən məlumata görə, o, zərərçəkənlərə qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirib.
Həmin şəxslərə yüksək məbləğlər verəcəyi barədə yalan vədlər verməklə zərərçəkənlərin ümumilikdə 42 min manatını ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, E.Babazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.