Bakının Binə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işləri ilə əlaqədar noyabrın 2-də və 4-dən 8-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə "Azərişıq" ASC xəbər verir.
Məlumata görə, bu tarixlərdə Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
"Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - "Azərişıq" bildirir.