Əmək bazarının yeni çağırışlara uyğun davamlı inkişafına yönələn ardıcıl islahatlar vətəndaşların məşğulluq imkanlarının artırılması, əmək və sosial hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə yanaşı, ölkəmizin nüfuzlu beynəlxalq reytinqlərdə əmək bazarı üzrə göstəricilərinin daha da yaxşılaşmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyndən Qaziler.az-a bildirilib ki, əmək münasibətlərində bərabər yanaşmanın təmini və ayrı-seçkiliyə, uşaq əməyinin istismarına və məcburi əməyə, məzuniyyət hüququndan istifadənin məhdudlaşdırılmasına yol verilməməsi, minimum əməkhaqqından az haqq ödənilməməsi, əməyin mühafizəsi və təhlükəsizliyi, əmək müqaviləsinin, iş vaxtının müddətləri və bu kimi digər vacib müddəalar əmək qanunvericiliyində təsbit edilib.
Eyni zamanda, gender bərabərliyinin təmin edilməsi ölkənin əmək qanunvericiliyində xüsusi yer tutur. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun təklifləri əsasında qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün qanunvericilikdə qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirmələr də aparılıb.
Biznes reytinqləri baxımından əmək münasibətləri və məşğulluğa dair milli qanunvericilikdə əksini tapan bir sıra vacib məsələlərlə https://sosial.gov.az/faydali/aciq-melumatlar/biznes-reytinqler-baximindan-emek-munasibetleri-ve-mesgulluga-dair-qanunvericilikde-vacib-meseleler linkinə daxil olaraq tanış olmaq olar.