“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub

“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub backend

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Apa xəbər verir ki, bu gün Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasdən, Əhmədov Ramil Bəşir oğlu 9 il 6 ay, Ağayev Fuad Ramiz oğlu 13 il, Axundov Fuad Arazi oğlu 9 il 6 ay, Ağadadaşov Cavid Zahid oğlu 4 il, Cümşüdov Qurban Qədim oğlu 4 il müddətinə azadlıqdan məhrum olunublar.

Prokuror Ramil Əhmədovun 10 il, Fuad Ağayevin 15 il, Fuad Axundovun 11 il, Cavid Ağadadaşovun 13 il, Qurban Cümşüdovun 13 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Diaspora