Xarkovda oktyabrın 30-da hündürmərtəbəli binaya hücum nəticəsində artıq iki nəfər - bir kişi və bir oğlan həlak olub. Dağıntılar altında qalan 15 yaşlı yeniyetməni hələ də axtarırlar.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov vilayət prokurorluğunun spikeri Dmitri Çubenkonun bəyanatına, Xarkov meri İqor Terexovun Teleqramına istinadən xəbər verir.
Belə ki, birinci mərtəbədə dağıntılar altında təxminən 25-30 yaşlarında ölmüş kişi meyiti tapılıb.
Xarkov vilayəti prokurorluğunun spikeri Dmitri Çubenko: “Onun kimliyi müəyyənləşdirilir. Qohumlarından və ya tanışlarından hələ ki, heç bir açıqlama verilməyib”, - deyib.
Həmçinin, onun sözlərinə görə, dağıntılar altında qalan 15 yaşlı yeniyetmənin axtarışları davam edir.
Xarkov meri İqor Terexovun qeyd etdiyi kimi, indiyə olan məlumata görə, Rusiyanın FAB-500 aviabombası ilə endirdiyi zərbə nəticəsində artıq iki ölən və 36 yaralı var.
QAZİLER.AZ