İtkin düşən şəxsin oğlu: Atamdan xəbər alacağımız günə az vaxt qaldığına ümidimiz böyükdür

İtkin düşən şəxsin oğlu: Atamdan xəbər alacağımız günə az vaxt qaldığına ümidimiz böyükdür backend

"Atamdan xəbər alacağımız günə az vaxt qaldığına ümidimiz böyükdür".

Bunu "Report"un azad olunmuş ərazilərə ezam edilmiş əməkdaşına açıqlamasında 1993-cü ilin oktyabrında Ermənistan Silahlı Qüvvələrinin işğalı zamanı əsirlikdən qaçan zaman güllələnən Piri Əliyevin oğlu Əliabbas Əliyev deyib.

Ə.Əliyev bildirib ki, əslən Cəbrayıl rayonunun Sarıcalı kəndindəndir və Ermənistan Silahlı Qüvvələrinin hücumu zamanı atası itkin düşüb.

"İtkin düşəndən sonra atamı çox axtardıq. Bir neçə ildən sonra xəbər yayıldı ki, atam əsirlikdən qaçıb. Qaçarkən yolda güllələnib", - Sarıcalı kənd sakini qeyd edib.

O əlavə edib ki, kütləvi məzarlıqlardan aşkar olunan qalıqların aşkar edilməsindən sonra atasından xəbər çıxacağı günü gözləyirlər.

"Bu gün biz Qarabağa rahat şəkildə səfər edirik. İndiyədək bir çox itkinlərimizin taleyinə aydınlıq gətirilib. Atamdan xəbər alacağımız günə az vaxt qaldığına ümidimiz böyükdür".

Qeyd edək ki, oktyabrın 30-da itkin düşmüş hesab edilən şəxslərin ailə üzvlərinin Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə növbəti səfəri təşkil olunub. Təqribən 33 il itkin sayılan və qalıqları kütləvi məzarlıqdan tapılaraq şəxsiyyətləri müəyyən edilən Xocalı sakinlərinin dəfn edildiyi Şəhidlər Xiyabanı ziyarət olunub.

Diaspora