Ər-Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək

Ər-Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək backend

Bu il dekabrın 7-dən 9-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, forumda iştirak etmək üçün nazir Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır. Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər.