Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizə gətirilərək reabilitasiya xidmətləri göstərilən ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil olunub.
Qaziler.az bu barədə nazirliyin saytına istinadla xəbər verir.
Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev də uşaqlarla birgə Azərbaycan milli xalça sənətinin bədii incilərilə tanış olub. Onlara milli irsimizin nümunələri barədə geniş məlumat verilib.
Qeyd edək ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə dəstək göstərilir.
Bundan əvvəlki 6 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.