“Qarabağ qaziləri” İctimai Birliyi Türkiyə Respublikasını Cümhuriyyət Günü münasibəti ilə təbrik edib.
Qaziler.az xəbər verir ki, təbrik birliyin “Facebook” səhifəsində paylaşılıb.
“29 oktyabr Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir.
Respublika “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, həmçinin idarə heyəti və bütün üzviləri Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edir.
Qardaş Türkiyənin Cümhuriyyəti hər zaman güclü, qüdrətli və daimi olsun!
Yaşa, var ol, Türkiyə!
Hər zaman bir olaq!
Biz birlikdə güclüyük!
Cümhuriyyət gününüz mübarək, Türkiyə!”
QAZİLER.AZ