Biləsuvarda məcburi köçkün qəsəbələrindəki evlərin təmirinə başlanılır

Biləsuvarda məcburi köçkün qəsəbələrindəki evlərin təmirinə başlanılır backend

Biləsuvar rayonunda məcburi köçkün qəsəbələrində ikinci mərhələdə fərdi yaşayış evlərinin təmiri işləri həyata keçiriləcək.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamenti hazırlıq işlərinə başlayıb.

Belə ki, rayonda bu ilin mayın 5-də baş vermiş təbii fəlakət nəticəsində ciddi ziyan dəymiş məcburi köçkün qəsəbələrində ikinci mərhələdə fərdi yaşayış evlərinin təmiri işləri görüləcək.

Qurum sözügedən işlərin icarsını "Heqiqetoğlu İnşaat" MMC-yə həvalə edib və onunla dəyəri 600 min 472 manat olan müqavilə bağlayıb.

Diaspora