Fevralın 22-nə keçən gecə Bakıda qeydə alının güclü külək xeyli fəsadlar törədib. Səbail rayonu H.Abdullayev küçəsi 19/53 ünvanında iri gövdəli ağac 1963-cü il təvəllüdlü İsayeva Sevinc Şəmistan qızına məxsus “Nissan Tiida” markalı avtomobilin üstünə aşıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.
E.Əzizov küçəsi 129 ünvanında isə külək elektrik dirəyini aşırıb ə elektrik naqilləri 1960-cı il təvəllüdlü İlham Ağaəliyevin həyətinə düşüb. Xoşbəxtlikdən yanğın hadisəsi qeydə alınmayıb və xəsarət alan olmayıb.Bakıda həyəcanlı anlar: elektrik naqilləri həyətə töküldü

