32 ildən sonra Xocalıda filim təqdimatı keçirildi: "Xocalının ukraynalı gəlini"

32 ildən sonra Xocalıda filim təqdimatı keçirildi: "Xocalının ukraynalı gəlini" backend

Düz 32 ildən sonra Xocalıda ilk dəfə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə erməni təcavüzünün tanıdılması mövzusunda, ictimai birliyin layihəsi çərçivəsində “Xocalının ukraynalı gəlini” adlı filmin təqdimatı keçirilib.

Qaziler.az bildirir ki, filmin təqdimatı Xocalı şəhər, 1 saylı məktəbdə baş tutub.

Tədbirdə dövlət himnimiz səsləndikdən sonra isə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib.

Çixışçılar film haqqında fikirlərini bölüşüblər. Xocalıya gəlin gələn ukraynalı Tatyana Dmitriyevanın acı həyat hekayəsindən bəhs edən bu filmi izlədikcə tədbir iştirakçıları göz yaşlarını saxlaya bilməyiblər...

Filmin rejissoru Murad Adil oğlu  operatoru isə Mirqabildi.

Xatırladaq ki, rəsmi rəqəmlərə görə, Xocalı soyqrımı zamanı 150 nəfər  itkin düşüb ki, onlardan biri də Tatyana xanımdı.  Bu gün həmin itkinlərdən bəzilərinin cəsədlərinin qalıqları tapılaraq Xocalı qəbristanlığında dəfn edilib.

 

Diaspora