Sabah saat 08:00-dan Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun Əjdər Məlikov küçəsi ilə kəsişməsində aparılan təmir-bərpa işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 500 metr məsafədə tam olaraq məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.