Bakı Təşəbbüs Qrupu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin köməyi ilə Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması, ifadə azadlığı, ətraf mühitə dəyən ziyan barədə hesabat hazırlayıb.
Apa xəbər verir ki, bu barədə “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O qeyd edib ki, hesabatda Fransanın orada insan haqlarının pozulması və bu ölkənin bu pozuntular barədə dünya ictimaiyyətinin məlumatlandırılmasına necə mane olması barədə geniş məlumat verilib.