"Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" adlı tədbir keçirilib - FOTO

"Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" adlı tədbir keçirilib - FOTO backend

Oktyabrın 24-də Minalar əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" adlı tədbiri keçirilib. 

Bu barədə Qaziler.az-a Qarabağ qazisi, tədbir iştirakçısı və çıxışçısı Rey Kərimoğlu məlumat verib. 

Tədbirdə ANAMA-nın Maarifləndirmə və Zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsı Nazirliyinin nümayəndələri Asif Məcidov, Nabat Abdulova, Milli Məclis üzvlərindən Azərbaycan Milli QHT Forumu İdara Heyətinin sədri Ramil İsgəndərov, Ombudsman Aparatının nümayəndəsi Müqalib Mahmudov, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İB-nin sədri Hafiz Səfixanov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev, Çıraq Humanitar və İnkişaf İctimai Birliyinin sədri Nadir Cəfərov, Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu və "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev,  "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev və digər ictimaiyyət nümayəndələri mövzu ilə bağlı çıxış edəcəklər. 

Tədbirin sonunda minadan zərərçəkənlərin müraciətləri dinlənilib.

QAZİLER.AZ

 

Diaspora