Fevralın 24-ü saat 04:00-dən etibarən Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətinə məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, buna səbəb, Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədar aparılan təmir işləridir.Bununla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.