Bakıda yağışın yaratdığı fəsadların çoxu aradan qaldırılıb.
Bunu Trend-ə açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu deyib.
O bildirib ki, bəzi yerlərdə lokal xarakterli sular qalıb ki, onlar da dünən yağan intensiv yağışların nəticəsidir.
“Həmin ərazilərin təmizlənməsi üçün texnikalar cəlb olunub.
Müraciət edilən yerlərə anındaca qəza xidməti gedir və fəsadlar aradan qaldırılır”, - deyə o qeyd edib.