“Bu prosesdə iştirak, həm də vətəndaşlıq borcudur” - FOTO

“Bu prosesdə iştirak, həm də vətəndaşlıq borcudur” - FOTO backend

Oktyabrın 21-də-də Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Şirvan Peşə Liseyində "Qarabağın quruculuğunda iştiraka təşviq" layihəsi çərçivəsində dördüncü – sonuncu tədbirini keçirdi.

Qaziler.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan liseyin direktor müavini Günel Əliyeva 44 günlük Vətən Müharibəsinin qələbə ilə nəticələnməsinin Azərbaycan üçün yeni mərhələnin başlanğıcı olduğunu bildirdi. Direktor müavini əlavə olaraq qeyd etdi ki, biz qalib xalq statusunu şərəflə daşımağı bacardıq.

“Tarixi kökümüzə nəzər salqsaq görərik ki, biz bu ada layiqiq” – deyə fikrini tamamlayan G.Əliyeva çıxış üçün sözü layihə rəhbəri Qasım Həsənova verdi. Q.Həsənov Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad eilməsini təklif etdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi. Layihə rəhbəri tədbirin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutuduğunu dedi. Q.Həsənov tədbirin təşkilində yaxından köməklik göstərdikləri üçün Azərbaycan Respublikası Prezident Admnistrasiyasına, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Şirvan şəhər İcra hakimiyyətinə və Şirvan Peşə Liseyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Layihə rəhbəri Qarabağın quruculuğu prosesinə start verildiyi gündən işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri ilə bağlı tədbir iştirakçılarına məlumat verdi. Q.Həsənov əlavə olaraq bildirdi ki, cənab Prezident, Müzəffər Ali Baş Komandanın Qarabağn quruculuğu ilə bağlı gördüyü işlər 44 günlük müharibədən sonra Azərbaycanda ikinci dəfə tarixin yazılmasıdır. “Ölkə nəhəg tikinti, quruculuq meydanına çevrilib. Bu prosesdə iştirak həm də vətəndaşlıq borcudur” – deyə Q.Həsənov qeyd etdi.

Daha sonra söz layihənin eksperti Taleh Əliyevə verildi. T.Əliyev təbir iştirakçılarına müharibədən sonrakı dönəmlərdə işğala məruz qalmış ərzilərdə aparılan quruculuq mərhələsindəki yeniliklərlə bağlı məlumatı tədbir iştiakçılarının diqqətinə çatdırdı. Ekspert Qarabağın bərpadan sonra ölkə iqtisadiyyatına verə biləcəyi töhvələrlə bağlı da tədbir iştirakçılarına geniş məlumatlar verdi. Əlavə olaraq qeyd etdi ki, hər bir gəncin, ümumiyyətlə əmkə qabiliyyəti olan şəxslərin bu prosesə töhvəsi vicdanla və səmimiyyətlə cənab Prezidentin Azərbaycanın ən müasir formada quruculuq siyasətinə dəstək verməlidir. Sonr tədbir iştirakçıların çıxışları ilə davam etdi. 

Çıxış edən liseyin “Qrafik dizayn” fakultəsinin 2-ci kurs tələbəsi Songül Musayeva Qarabağın quruculuğunda iştirakın vətən xidmət olduğunu və özünün , eyni zamanda tələbə yoldaşlarının təhsillərini başa vurduqdan sonra bu prosesdə iştirak etməyə hazır olduqlarını bildirdi. Mövzu ilə bağlı suallar verildi. Layihə rəhbəri və ekspert T.Əliyev onları maraqlandıran suallara cavab verildikdən sonra tədbir başa çatdı.

Diaspora