DSMF “İlin Sosial Təminat Transformasiyası Təşəbbüsü” ali mükafatına layiq görülüb

DSMF “İlin Sosial Təminat Transformasiyası Təşəbbüsü” ali mükafatına layiq görülüb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı Londonda (Birləşmiş Krallıq) yerləşən “The Global Economics” beynəlxalq qurumunun “The Global Economics Awards 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, DSMF-nin müsabiqə işi münsiflər tərəfindən yüksək qiymətləndirilərək, Fond “İlin Sosial Təminat Transformasiyası Təşəbbüsü” ali mükafatına layiq görülərək, adı müsabiqənin rəsmi səhifəsindəki qaliblərin siyahısında yer alıb. 

Müsabiqədə Portuqaliya, Misir, Yaponiya, Argentina, Honkonq, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq, Almaniya, İsrail, Kanada da daxil olmaqla 50-dən çox ölkənin müvafiq dövlət və özəl qurumları iştirak edib.  

Nüfuzlu beynəlxalq xəbər nəşrlərindən biri olan “The Global Economics” qurumu kommersiya və investisiya bankçılığı, kapital idarəçiliyi, sosial təminat, sığorta, daşınmaz əmlak, texnologiya və enerji sahələri üzrə cari trendlərə uyğun dərin təhlillər dərc edir.  

Qurum tərəfindən həmçinin qeyd olunan sahələr üzrə fəaliyyət göstərən təşkilatların innovativ uğurlarının təqdir olunması üçün mükafat proqramları təşkil olunur. 

Qeyd edək ki, bununla DSMF 2024-cü il ərzində 25, son 3 il və cari ilin ötən dövründə isə 48 beynəlxalq mükafatla təltif edilib.

Diaspora