İsveçrə Ukraynaya minatəmizləmə maşınları verəcək

İsveçrə Ukraynaya minatəmizləmə maşınları verəcək backend

İsveçrə Ukraynaya minatəmizləmə üçün üç maşın verəcək. Avadanlıq Schwyz kantonunda "Global Clearance Solutions" şirkəti tərəfindən istehsal olunacaq.

Qaziler.az RBC-Ukrayna-ya  istinadən xəbər verir ki, bunu İsveçrə prezidenti Viola Amherd deyib.

Minatəmizləmə vasitələri üçün maliyyə federal dövlət büdcəsindən təmin ediləcək.

Bu şirkətin artıq BMT və İsveçrənin Minatəmizləmə Fondu kimi bir sıra qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq təcrübəsi var.

İsveçrə 2025-ci ilə qədər Ukraynada 100-ə yaxın belə maşının yerləşdiriləcəyini gözləyir. Ümumilikdə, İsveçrə 2027-ci ilə qədər Ukraynada minaların təmizlənməsi üçün 100 milyon frank (115 milyon dollar) ayırmağı planlaşdırır.

QAZİLER.AZ

Diaspora