Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi Xocalıdakı məktəbə kitab hədiyyə etdi - FOTO

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi Xocalıdakı məktəbə kitab hədiyyə etdi - FOTO backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi yeni layihə həyata keçirib.

Qaziler.az bildirir ki, bu barədə saytımıza Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizova məlumat verib. 

O bildirib ki, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin həyata keçirdiyi layihə əsasında "Xocalı rayonunun tarix-mədəniyyət abidələri" adlı kitab dərc olunub.

Onun verdiyi məlumata görə, kitabın 30 ədədi Xocalı şəhəri 1 saylı tam orta məktəbinə hədiyyə edilib. 

QAZİLER.AZ

Diaspora