Qeyri-etik paylaşımlar edən daha bir tiktoker cəzalandırıldı

Qeyri-etik paylaşımlar edən daha bir  tiktoker cəzalandırıldı backend

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polisin keçirdiyi tədbirlərlə qeyri-etik paylaşımlar edən 1992-ci il təvəllüdlü Rauf İsmayılov saxlanılıb.

Məhkəmənin qərarı ilə R.İsmayılov inzibati qaydada 30 gün müddətinə həbs edilib.

Qeyd edək ki, bu gün daha bir bloqer Rəna Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

Diaspora