Moskva yaxınlığındakı aerodrom ərazisində yanğın başlayıb

Moskva yaxınlığındakı aerodrom ərazisində yanğın başlayıb backend

Yanğın Moskva yaxınlığındakı Şelkovodakı Çkalovski aerodromunda başlayıb. Hadisə nəticəsində burada yerləşən inzibati bina yanıb.

Qaziler.az bildirir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yanğın L formalı binanın damına keçib. Bütün işçilər təxliyə oluna bildiyi üçün  xəsarətlərin qarşısı alınıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Mütəxəssislər yanğına ikinci mürəkkəblik dərəcəsi veriblər.

QAZİLER.AZ

Diaspora