Prezident İlham Əliyev Azərbaycanla Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” sazişin təsdiq olunması ilə haqqında qanunu təsdiq edib.
Lent.az-ın məlumatına görə, qanuna əsasən hər iki ölkə tərəfindən 2015-ci il sentyabrın 9-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilibÖlkə başçısı eləcə də, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə qanun təsdiq edib.