“Konsul Nizamnaməsi”ndə dəyişiklik edilidi -SƏRƏNCAM

“Konsul Nizamnaməsi”ndə dəyişiklik edilidi -SƏRƏNCAM backend

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, “Konsul Nizamnaməsi”nin 38-ci maddəsinə “vermək” sözündən sonra “, 15 yaşı tamam olmamış vətəndaşlara fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək” sözləri əlavə edilib.

Qanuna əsasən, konsul Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etməklə yanaşı, 15 yaşı tamam olmamış vətəndaşlara fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququna da malikdir.

Qeyd edək ki, bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.