Yaxın vaxtlarda Bakı Dövlət Sirkinin yeni şapitosu istifadəyə veriləcək.
Bunu APA-ya açıqlamasında Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev deyib.
O bildirib ki, sirk təmirdən çıxanadək müvəqqəti arena funksiyasını yerinə yetirəcək bu qurğunun quraşdırılmasından sonra tamaşaçılar sirk nömrələrini izləyə biləcəklər.
Onun sözlərinə görə, şapito 1500 nəfərədək tamaşaçı üçün hesablanıb.