Ahıl vətəndaşların pulları ələ keçirilib, saxlanılan var

Ahıl vətəndaşların pulları ələ keçirilib, saxlanılan var backend

Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib:

"Onların 8000 manat və 9530 avro pulunun eyni üsulla ələ keçirildiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir."

Diaspora